20 Sentyabr 2024 12:30

Bu gündən Novruz tətili başlayır

Azadsöz.az xəbər verir ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Novruz bayramı günləri müəyyən edilib.
Martın 23-ü və 24-ü şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Azərbaycanın Əmək Məcəlləsinə əsasən, martın 25-i və martın 26-sı da qeyri-iş günləri olacaq.

Beləliklə, Novruz Bayramı ilə əlaqədar 7 gün ardıcıl (martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-sı) qeyri-iş günləridir.

Azərbaycanda bayram tətilindən sonra növbəti iş günü martın 27-dir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com