20 Sentyabr 2024 12:44

İraqda Türkiyə ordusunun əsgəri şəhid olub

Azadsöz.az xəbər verir ki, İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçu qruplaşmanın üzvlərinin hücumu nəticəsində Türkiyə ordusunun bir əsgəri şəhid olub, 4 əsgər yaralanıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, 6 terrorçu zərərsizləşdirilib, bölgədə əməliyyatlar davam edir.

Qeyd olunub ki, Türkiyə ordusunun yaralanan əsgərləri dərhal xəstəxanaya yerləşdirilib və müalicələrinə başlanılıb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com