28 Noyabr 2024 14:58

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən təşəbbüslərlə çıxış etmişik, eyni zamanda müvafiq beynəlxalq təşkilatlarda da səsvermə zamanı bir-birimizi həmişə dəstəkləmişik. Əlbəttə ki, bu münasibətlər hər iki ölkə xalqlarının rifah yüksəlişinə xidmət etdiyi kimi, ümumilikdə Cənubi Qafqazda sülh və əmin-amanlıq mühitini təmin edən ən mühüm amillərdən biridir. Məhz bu baxımdan da Azərbaycan və Gürcüstan liderlərinin ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirilməsinə yönəlmiş səyləri xüsusi önəm kəsb edir.

Ortaq tarixi, mədəni əlaqələr münasibətlərin inkişafına zəmin yaradıb. Ulu Öndər Heydər Əliyevin və Gürcüstanın mərhum prezidenti Eduard Şevarnadze arasında olan dostluq münasibətləri ölkələrimizin daha da yaxınlaşmasına zəmin yaradıb. Nəticə etibarilə bu münasibətlər inkişaf edib və Cənubi Qafqazın bu iki dövləti dünyaya həmrəylik nümayiş etdirib. Bu gün tam əminliklə deyə bilərik ki, iki ölkə arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur. Eyni zamanda Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. Cənab İrakli Kobaxidzenin Baş nazir kimi martın 16-da ilk xarici səfərini məhz Azərbaycana etməsi onu deməyə əsas verir ki, rəsmi Tbilisi Bakının inkişaf gündəliyini bundan sonra da dəstəkləyəcək.

Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir.

Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və sözsüz ki, daha da artacaqdır.

Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, cənab prezidentin qeyd etdiyi kimi Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada hər iki dövlət iki etibarlı tərəfdaş kimi çıxış edir.

Strateji əməkdaşlıq və dostluq münasibətləri Azərbaycan və Gürcüstan üçün həmişə prioritet olub. Əminliklə qeyd etmək olar ki, Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ikitərəfli tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək və prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki qardaş ölkə bundan sonra da əl-ələ verərək irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir.

Azadsöz.az

Ankara escort İstanbul Travesti Shemale İstanbul