23 Noyabr 2024 22:32

Azərbaycanda partiyanın məsul şəxsi saxlanılıb

Azadsöz.az xəbər verir ki, AXCP-nin (Azərbaycan Xalq Cəbhəsi Partiyası) Daşkəsən şöbəsi sədrinə narkotiklə bağlı cinayət işi açılıb.

AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar sosial şəbəklərdə yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul