Azadsöz.az xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu baş məşqçi ilə bağlı qərarını verib.
Portuqaliyalı baş məşqçi Fernandu Santuşun klubdan gedəcəyi müzakirə olunsa da, rəhbərlik mövsümün sonuna qədər gözləmək qərarına gəlib.
Fernandu Santuş Türkiyə Kubokunu qazanarsa və liqanı 3-cü pillədə başa vurarsa, yeni mövsümdə də vəzifəsinə davam edə biləcək.
Mövsümə Şenol Güneşlə başlayan “Beşiktaş” daha sonra komandanı Burak Yılmaz, Rıza Çalımbay, Serdar Topraktepe və son olaraq Fernandu Santuşa həvalə edib.
Qeyd edək ki, bir neçə gün öncə “Beşiktaş” klubunun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanması xəbəri yayılmışdır.