Azadsöz.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarında dəyişiklik edilib.
Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkəyə idxal edilən RV-lər barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin informasiya sistemlərindən aşağıdakı məlumatları real vaxt rejimində əldə edir:
-. məhsulun bəyan edilmə tarixi;
-. məhsulun xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu;
-. məhsul partiyasının qeydiyyat kodu;
-. məhsulun təsviri;
– məhsulu idxal edən şəxs barədə məlumat (hüquqi şəxsin adı, fiziki şəxsin soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).