Azadsöz.az xəbər verir ki, 18 mart 2024-cü il tarixində Göyçay şəhərində Novruz bayramı münasibətilə Göyçay rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 16 ümumi təhsil müəssisəsində (Göyçay, Ucar, Kürdəmir, Yevlax və Mingəçevir) Aşpaz”, “Aqranom”, “Mebel quraşdırma”, “İT help desk” ümumilikdə 8 ixtisas üzrə təhsil alan şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunub.
Keçirilən tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Göyçay RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi rəisi Azad Gözəlov, təhsil idarəsinin struktur bölmə rəhbərləri və əməkdaşları, Birinci Qaraba, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Sərgi ilə tanış olan qonaqlar müəllim və şagird kollektivini Novruz bayramı münasibətilə təbrik ediblər.Şagirdlərin əməyini yüksək qiymətləndirib, gündən-günə inkişaf edən ölkəmizdə orta ixtisas və ali təhsilli mütəxəssislərlə yanaşı sənətini mükəmməl bilən müxtəlif peşə sahiblərinə də böyük tələbatın olduğunu bildiriblər.Onlara işlərində müvəffəqiyyətlər arzulayıblar.
Tədbirin keçirilməsində məqsəd ümumi orta təhsil bazasında müxtəlif peşələr üzrə təhsilalanların əmək bazarına cəlb olunmasına şərait yaratmaqdır.Bununla yanaşı cəmiyyətdə sağlam rəqabətin olduğu dövürdə şagirdlərin peşə biliklərini sağlam formada ətraf mühitə qabiliyyətli şəkildə nümayiş etdirmələrini təmin etməkdir.
Sərgi ilə tanışlıqdan sonra tədbir Göyçay Gənclər Evinin hazırladığı ədəbi-bədii kompozisiyalarla başa çatıb.
Səbuhi Eltonlu
Arif Heydərov
Gülşən Muradova
Zəka Nağıyev