20 Sentyabr 2024 10:52

AFFA rəsmisi UEFA-dan təyinat aldı

Azadsöz.az xəbər verir ki, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Bu barədə milli assosiasiya məlumat yayıb.

Bildirilib ki, o, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda A liqasının 1-ci qrupunun oyunlarında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, bu qrupda Fransa, Almaniya, Çexiya və Slovakiya yığmaları mübarizə aparacaqlar. Matçlar martın 18-dən 24-dək Almaniyada təşkil olunacaq.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com