Azadsöz.az xəbər verir ki, Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri zamanı Moskvada təhlükəsizliyi 18,5 min nəfər təmin edəcək.
Bu barədə Moskva merinin portalı məlumat yayıb.
“Martın 15-dən 17-dək Rusiyada keçiriləcək prezident seçkiləri zamanı Moskvada ictimai asayiş hər gün 18,5 mindən çox insan tərəfindən təmin ediləcək”, – məlumatda deyilir.
Portalın məlumatına görə, seçki məntəqələri martın 15, 16 və 17-də saat 08:00-dan 20:00-dək açıq olacaq.