20 Sentyabr 2024 06:45

Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qəza: Xəsarət alanlar var

Azadsöz.az xəbər verir ki, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə sözügedən yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin aşması nəticəsində Bakı şəhəri sakinləri, 1981-ci il təvəllüdlü Bəhruz Allahverdiyev və 1988-ci il təvəllüdlü Cavid Quliyev müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com