23 Noyabr 2024 21:24

Oruc tutanların NƏZƏRİNƏ: Aclıq hissini dəf edən qidalar – SİYAHI

Azadsöz.az xəbər verir ki, Ramazan ayında oruc tutanlar yeyib-içdiklərinə mütləq diqqət etməlidirlər.

İftar və imsakda nə yeməli olduğunuzu təqdim edir:

Süd: Bir stəkan iftardan bir neçə saat sonra, bir stəkan isə imsakda içilməlidir. Süd əsas kalsium və D vitamini qaynağı olduğu üçün aclıq hissini dəf edir.

Yumurta: Mütəxəssislər yumurtanın ən keyfiyyətli protein mənbəyi olduğunu deyir. Doyumluq hissi verdiyi üçün süfrədə olması məsləhətdir.

Darçın: Yeməksonrası bir çimdik darçın insulinin səviyyəsini salır, aclıq hissini öldürür. Ramazanda qan şəkərinin tənzimləmək istəyənlər günə bir çay qaşığı darçın yeməlidirlər. Darçını südə qarışdırıb içmək də olar.

Kefir: Həzmi asanlaşdıran içkidir. Yoqurtdan daha faydalı olaraq bağırsaqda həzmə kömək edən bakteriyaların sayını artırır, pis xassəli bakteriyaları isə öldürür.

Yaşıl çay: Bədəndə olan yağların azalmasına kömək edir. Ürəyə xeyirlidir. Hər hansı sağlamlıq probleminiz yoxdursa, Ramazanda iki-üç fincan yaşıl çay ürəyinizi və bədənizi gümrah hiss etdirəcək.

Quru lobya: Orqanizmin arıqlamasını və kökəlməsini tənzimləyir. Ramazanda əsas yeməyin yanında bir qaşıq olması da kifayət edər.

Meyvə: İftarda bolluca meyvə yeyin. Meyvə sizi gün ərzində rahatladacaq, qan şəkərində enib-qalxmaları tənzimləyəcək. Həm də meyvə yeməklə susuzluğu yatıra biləcəksiniz.

Qoz-fındıq: Mədədən gec keçdiyi üçün toxluq hissi verir.

Ramazanda ağ çörəkdən imtina etsəniz daha məsləhətli olar. Əvəzində kəpəkli çörək istifadə edin. Bundan başqa süfrənizdən xurma və pendiri əskik etməyin. İstiotlu və çox yağlı yeməklərdən imtina edin. Qazlı suların əvəzinə kompot və ya adi su içsəniz, mədəniz daha rahat olar. İftar açılandan sonra qısa zamanda çoxlu yeməkdən imtina edin.

İftar açarkən ilk olaraq bir-iki qurtum su içməli və xurma yeməlisiniz. Daha sonra xiyar, pomidor, pendir, zeytun qəbul edin. 15 dəqiqə fasilədən sonra şorba için. Yarım saat ara verdikdən sonra isti yemək yeyin. Beləcə, mədənizin həzmi qaydasında olacaq. Çalışın orucluq ərəfəsində ağır yeməklərdən uzaq olasınız. Daha çox tərəvəzli yeməklər hazırlayın.

Ankara escort İstanbul Travesti Shemale İstanbul