22 Sentyabr 2024 01:34

Masallıda tövlə və ot bağlaması yandı

Azadsöz.az  xəbər  verir  ki, rayonunun  İmanlı kəndində  yanğın hadisəsi  baş verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Masallı  Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki,  ümumi sahəsi 25 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə, tövləyə bitişik, ümumi sahəsi 85 m² olan talvarın dam örtüyünün taxta atmaları 55 m² sahədə və 5 ton ot bağlaması yanıb. Ot bağlamalarının, tövlənin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com