20 Sentyabr 2024 06:57

Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dekorativ güllər əkilib-FOTOLAR

Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi  davam  etdirilir.

Azadsöz.az xəbər verir ki, 11 mart tarixində Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi tərəfindən  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Natəvan və  Nizami  küçəsinin  yol dairələrinin yaşıllıq  hissəsinə dekorativ güllərin əkilməsi işlərinə başlanıb.

Əkilməsi  nəzərdə  tutulan  güllərin  yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq görülüb.

Daha sonra  əkilməsi həyata  keçirilib.Yeni əkilən güllər  suvarılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd  edək ki, sözügedən  yol dairələrinə 222  ədəd dekorativ gül əkilib.

Xatırladaq ki, rayonun digər  yerlərinə dekorativ güllərin əkilməsi qrafikə  uyğun olaraq  aparılacaq.

Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyi rayonumuzun sakinlərinə müraciət ünvanlayıb:

Müraciətdə  bildirilir ki, yeni  əkilmiş  dekorativ güllərin olduğu  əraziyə  vətəndaşlar tərəfindən iri və xırda buynuzlu  heyvanların daxil olması, əkilən  güllərin  çıxarılaraq  kənara atılması  və yaxud çıxarılaraq başqa  yerlərə  əkilməsi heç də  müsbət  qiymətləndirilmir və  yolverilməzdir.

Unutmayaq ki, ekologiyanı qorumaq üçün hər birimiz ətrafımızdan və öz evimizdən başlamalıyıq.Sizlərdən  xahiş  olunur bu  müraciətimizi  diqqətdə  saxlayıb, qeyd etdiyimiz tövsiyələrə ciddi  əməl  edəsiniz.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov



kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com