Azadsöz.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron yaxın həftələrdə Kiyevə səfər edəcək.
Bu barədə Yelisey sarayı məlumat yayıb.
Məlumata görə, bu qərar bazar günü Makronla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığından sonra elan edilib.
Telefon danışığı zamanı iki ölkənin liderləri müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik, minalardan təmizləmə və silah istehsalı sahələrində əməkdaşlığın gücləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.