20 Sentyabr 2024 06:33

Mingəçevirdə 37 yaşlı qadını qətlə yetirən keçmiş həyat yoldaşı saxlanıldı – (YENİLƏNİB)

Azadsöz.az xəbər verir ki, Mingəçevirdə 37 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş əri saxlanılıb.

Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlu saxlanılıb.

****
19:26


Azadsöz.az xəbər verir ki,
martın 10-da saat 17:30 radələrində Mingəçevir şəhərində yerləşən evlərin birində 1987-ci il təvəllüdlü Aytən Sərvan qızı Məmmədovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com