20 Sentyabr 2024 12:56

Cəbrayıldakı qəzada ölənlərin adları açıqlandı – YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, Cəbrayıl rayonunun Marallı kəndində 3 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, “Mercedes” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Əli Cəfərov, Mehdi Mehdiyev və Etibar Əliyev hadisə yerində ölüb.

Daha 3 nəfər ağır xəsarət alıb. Onların kimliyi dəqiqləşdirilir. Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


***

17:02

Azadsöz.az xəbər verir ki, Cəbrayıl rayonu Marallı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Mercedes” və “VAZ-2107” markalı maşınların toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Yaralılar Füzuli rayon xəstəxanasına yerləşdirilib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com