23 Noyabr 2024 19:55

Ən çox qazanan idmançılar açıqlanıb – SİYAHI

Azadsöz.az xəbər verir ki, tarixin ən yüksək ödənişli idmançılarının siyahısı açıqlanıb.

İdman.biz-ə istinadən xəbər veririk ki, siyahını “Sportico” tərtib edib.

Cədvəldə idmançıların maaşları, bonuslar, mükafatlar, həmçinin idmanətrafı sahələrdən qazanclar nəzərə alınıb. İdmançıların karyeraları ərzində və ondan sonra qazandıqları məbləğə əsasən hazırlanan siyahıya Maykl Cordan başçılıq edir.

Basketbol əfsanəsi 3 milyard 750 milyon dollar qazanıb. İlk “onluq”da üç qolfçu, üç futbolçu, iki basketbolçu yer alıb. Tennis və boks siyahıya bir təmsilçisi ilə düşüb.


1. Maykl Cordan (basketbol) – 3,75 milyard dollar

2. Tayqer Vuds (qolf) – 2,66
3. Kriştiano Ronaldo (futbol) – 1,92
4. Arnold Palmer (qolf) – 1,75
5. Lebron Ceyms (basketbol) – 1,7
6-7. Cek Niklaus (qolf) – 1,67
Lionel Messi (futbol) – 1,67
8. Devid Bekhem (futbol) – 1,5
9. Rocer Federer (tennis) – 1,49
10. Floyd Meyvezer (boks) – 1,48

Ankara escort İstanbul Travesti Shemale İstanbul