20 Sentyabr 2024 07:44

Laçında qanunsuz saxlanılan odlu silahlar təhvil götürüldü

Azadsöz.az xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silahlar təhvil götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, polis əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən daha 3 ədəd müxtəlif kalibrli odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com