20 Sentyabr 2024 04:55

Ağstafada avtomobil piyadanı vurub

Azadsöz.az xəbər verir ki, Ağstafa rayonunda piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağstafa rayonunun Qırılı kənd sakini 59 yaşlı Abbasov Mətləb Tofiq oğlunu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com