20 Sentyabr 2024 12:38

Azərbaycan boksçusu İtaliyada 1/8 finala YÜKSƏLDİ

Azadsöz.az xəbər verir ki, Azərbaycan boksçusu Nicat Hüseynov (51 kq) İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.

Federasiyadan  verilən məlumata görə, ikiqat Avropa çempionu ikinci görüşündə Sahil Alahverdovini (Gürcüstan) məğlub edib.

Hüseynov qitənin ən güclüsünə və dünya çempionatının finalçısına 5:0 hesabı ilə qalib gəlib. O, 1/8 final döyüşünü martın 10-da keçirəcək.

Qeyd edək ki, Nicat Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdəki ilk qarşılaşmasında Deepak Deepaka (Hindistan) qalib gəlib. O, yarımfinala yüksələcəyi halda olimpiadaya vəsiqə əldə edəcək.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com