20 Sentyabr 2024 11:04

Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib -Prezident İlham Əliyev

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib ölkələrdən birinə çevrilib. Məhz bu baxımdan enerji məsələləri ilə bağlı mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Bakıda keçirilməsi artıq bir ənənə halını alıb. Bu günlərdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları kimi tədbir bu qəbildən olan əhəmiyyətli tədbirlərdəndir.

Tədbir zamanı prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsində bu kimi tədbirlərin enerji sənayesi üçün əhəmiyyətindən, Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər və gələcək addımlar barədə bir çox mühüm fikirlər səsləndirib və mesajlar verib. Eyni zamanda prezidentin “Euronews” televiziyasına verdiyi müsahibədə toxunduğu məsələlər beynəlxalq ictimaiyyətdə də böyük maraq doğurub.

Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, müsahibə zamanı dövlətimizin başçısının səsləndirdiyi “Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardı. Neft və qaza malik ölkələr günahlandırılmamalıdır, qazıntı yanacağına sahib olmaq onların günahı deyil” – fikirləri ölkəmizdə bu sahədən səmərəli istifadə olunduğuna dair əsaslı bir mesaj idi. Çünki Azərbaycan bu illər ərzində aparılan uğurlu strategiya nəticəsində nefti inkişafa çevirdi, eyni zamanda sərvətin ədalətli paylanmasının təmin olunmasına nail oldu.

Son illər ölkəmizdə tamamilə yeni, müasir tələblər səviyyəsində qurulmuş infrastruktur, əhalinin rifahının daha da yaxşılaşdırılması məhz neft və qazdan əldə edilən gəlirlər hesabına mümkün olub. Cənab prezident müsahibə zamanı bir vacib məqama da toxunaraq qeyd etdi ki, neft və qaza malik ölkələr günahlandırılmamalıdır, qazıntı yanacağına sahib olmaq onların günahı deyil.

Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyaların olduğunu diqqətə çatdıraraq bildirdi ki: “Bu barədə nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Ancaq unudurdular ki, ölkəmiz artıq iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəyə malikdir. Hətta bu gün bir sıra iri layihələrin həyata keçirilməsi Azərbaycanla reallaşdırılır. Təbii ki, belə bir əhəmiyyətli layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Nəticə göz qabağındadır. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var.”

Dövlətimizin başçısı müsahibədə COP 29 kimi beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi ilə bağlı mühüm məqamlara da toxunaraq qeyd etdi ki, bərpa olunan enerji layihəsinin həyata keçirilməsi ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Diqqətə çatdırdı ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə verək. Həm də buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.

Dövlət başçısı burada təhdid yaradan amillərin də olduğunu qeyd etdi: “Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik – deyə prezident məsələyə öz haqlı mövqeyini bildirdi.

Azadsöz.az 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com