Azadsöz.az xəbər verir ki, “Facebook” və “Instagram”da yaranan problem aradan qalxıb.
Artıq hesablara daxil olmaq mümkündür.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaranan problemlə bağlı açıqlama yayıb.
Bildirilir ki, “Meta” şirkətinə məxsus “Facebook”, “Instagram” kimi beynəlxalq platformalara daxil olmada problem yaşanıb.
Problem lokal deyil, qlobal xarakter daşıyıb.
Şirkət hələlik problemlə bağlı rəsmi məlumat yaymayıb.