Azadsöz.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının arxada qalan 25 turunda ən çox qol vuran “Qarabağ” rəqib qapılarına 65 dəfə yol tapıb.
Qurban Qurbanovun yetirmələrinin orta məhsuldarlığı 2,60-a bərabərdir.
1992-ci ildən keçirilən ölkə çempionatlarında startdakı 25 matçda ən çox qol vuran komanda “Neftçi”dir. Bakılılar ilk çempionatın 25 görüşündə 86 qol vurub. “Qarabağ”ın bu mövsümdəki nəticəsi isə “Top-9”a daxil olub.
2. “Neftçi” – 80 (1996/97)
3. “Kəpəz” – 77 (1995/96)
4. “Xəzər” Sumqayıt – 76 (1992)
5. “Kəpəz” – 75 (1998/99)
6. “Kəpəz” – 71 (1994/95)
7-8. “Kəpəz” – 67 (1993/94)
“Şəmkir” – 67 (2003/04)
9. “Qarabağ” – 65 (2023/24)