Azadsöz.az xəbər verir ki, Ötən il bizim içməli su itkilərimiz 39% olub.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.
Agentlik sədri bildirib ki, suvarma sitemlərində su itkiləri 50%-dən çoxdur.
Türkiyədə suvarma sistemlərində itki 65%, içməli suda 30%-dir. Əslində, bizim 35 milyard su balansımız bizə yetərlidir. Biz sadəcə itkiləri azaltsaq və suyun səmərıəsiz istifadəsini ortadan qaldıra bilsək, suyumuz yetərlidir. Hətta biz suyu ixrac edəcək vəziyyətə gələ bilərik. Amma bu, bir-iki günə həll ediləcək məsələ deyil. Burada şüur, təhsil, maarifləndirmə dəyişilməlidir”, – deyə o əlavə edib.