23 Noyabr 2024 18:30

Heydər Əliyev siyasətini davam etdirən, xalqına, Vətəninə bağlı Lider

Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyətında tərəqqiyə səbəb oldu. Ulu öndərimizin misilsiz xidmətləri nəticəsində Azərbaycan parçalanmaq, ümumiyyətlə yox olmaq təhlükəsindən xilas oldu. Xilaskarın ən böyük missiyalarlndan biri də o oldu ki, respublikamızda vətəndaş müharibəsi aradan qaldırıldı, xaos, anarxiyaya son qoyuldu. Bu gün inkişaf edən Azərbaycan deyəndə Ulu Öndərin müdrik siyasəti yada düşür. Fəxarət hissi ilə deyə bilərik ki, ölkəmizin inkişafının əsasında Ümummilli lider Heydər Əliyevin quruculuq fəlsəfəsi, inkişaf və tərəqqi strategiyası dayanır.

Sevindirici haldır ki, dahi şəxsiyyətin siyasəti, işıqlı yolu bu gün də davam etdirilir. Dövlət başçımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu siyasəti layiqincə davam etdirərək Ulu Öndərin parlaq ideyalarını yaşadırlar. Dahi şəxsiyyətin siyasəti, işıqlı yolu bu gün də davam etdirilir. Dövlət başçımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu siyasəti layiqincə davam etdirərək Ulu Öndərin parlaq ideyalarını yaşadırlar. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır. Əminliklə deyə bilərik ki, Azərbaycanın adını dünyada tanıdan, ölkəmizi zirvələrə qaldıran, suvrenlyimizi, ərazi bütövlüyümüzü bərpa edən İlham Əliyev xalqın maraqlarını hər şeydən üstün tutur. O, öz vətəndaşlarına inanır, arxalanır və iş prinspini bunun üzərində qurur. Bu gün respublikamız beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir. Bu, ölkəmizin əldə etdiyi nailiyyətlərin kiçik nümunəsidir. Bütün bunlar ölkə rəhbərinin Vətəninə, xalqına, torpağına bağlığının təzahürüdür. Hər bir azərbaycanlı bu gün qürur hissi keçirir ki, müstəqil respublikamızda hərtərəfli inkişaf təmin edilməklə Azərbaycan iqtisadi, sosial və hərbi gücünə görə regionun lider ölkəsinə çevrilib. Bütün bunlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Sözsüz ki, dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan bundan sonra da uğurlara imza atacaq.

***

Dövlət başçısı o vaxt şaslı olur ki, Onu xalq sevir.
Dövlət başçısı o vaxt sevilir ki, o milli maraqlara əsaslanan siyasət həyata keçirir.

Şübhəsiz ki, Azərbaycan Prezidenti belə liderlərdəndir!

 

Azadsöz.az 

Anar Məcidzadə,
Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü

Ankara escort İstanbul Travesti Shemale İstanbul