17 May 2024 09:39

Ona Prezidentin fəxri diplomu verildi – SƏRƏNCAM

Azadsöz.az xəbər verir ki, Akif Ağa Mehti oğlu Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

A.Əli Zadə Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri diplomla təltif edilib.