06 May 2024 08:05

Fərqliliyimiz Uğurumuzdur

Xalq yazıçısı dəfn edildi-YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, ötən gün vəfat edən Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.

Mərhum öz vəsiyyətinə uyğun olaraq anasının məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, digər dövlət rəsmiləri, M.Süleymanlının ailə üzvləri, qələm dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bu gün Şamaxının Cümə məscidində Xalq yazıçısının vəfatı ilə bağlı ehsan süfrəsi açılacaq.

*****

12:13

Azadsöz.az xəbər verir ki,  Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi başa çatıb.

Mərhumun Bakıdakı evində baş tutan vida mərasimində onun ailə üzvləri və yaxınları, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Yazıçılar Birliyinin sədri Anar Rzayev, nazirliyinin digər nümayəndələri iştirak ediblər.