27 İyul 2024 08:08

Subbakalavrların sənəd qəbulunun vaxtı məlum oldu

Azadsöz.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahan vermədən müvafiq ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavrlar 11 may – 31 iyul tarixlərində qeydiyyatdan keçməlidirlər.

Ümumi qaydada imtahanlarda iştirak edərək ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar isə 1 – 15 mart tarixlərində qeydiyyatdan keçə bilərlər.