23 İyun 2024 09:47

Dövlət qulluğu imtahanına hazırlaşanların NƏZƏRİNƏ

Azadsöz.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçirəcək.

DİM-dən bildirilib ki, imtahan vermək etmək istəyən namizədlərin Mərkəzin portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə qəbul üzrə test imtahanı

İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat martın 14-dək aparılacaq. İmtahan kompüter vasitəsilə Bakı şəhərində Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində (Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 5 saylı tədris binası) keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq və kompüter vasitəsilə keçiriləcək.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan

Bu imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı BB qrupu üzrə fevralın 29-dək, AB, AC, BA qrupları üzrə isə martın 14-dək davam edəcək.

AB, AC qrupları üzrə imtahan saat 10:00-da, BA qrupları üzrə imtahan isə saat 15:00-da kompüter vasitəsilə Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində (Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 5 saylı tədris binası) keçiriləcək.

BB qrupu üzrə imtahan saat 11:00-da başlanacaq və kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahan yeri imtahana 5 gün qalmış namizədin buraxılış vərəqəsində göstəriləcək.