Azadsöz.az xəbər verir ki, “Azərbaycan -Ukrayna” Beynəlxalq Alyansının idarə heyyətinin qərarı ilə Azərbaycan incəsənət sahəsində göstərdiyi yüksək xidmətlərinə görə vətənpərvər mahnıları ilə Türk dünyasının tanınmış bəstəkarı Sevinc Tofiqqızına Alyansın sədri Elmar Məmmədov tərəfindən “Polad Həşimov”adına qızıl medal təqdim edilib.
Təqdimat mərasimində şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimovada iştirak edib.
Mərasimdə çıxış edən şəhidimizin anası Səmayə Həşimova Azərbaycan İncəsənəti sahəsində öz dəsti-xətti olmaqla eyni zamanda vətənpərvərlik və digər mövzularda bəstələnmiş çoxsaylı mahnıların müəllifi, Sevinc Tofiqqızına gələcək fəaliyyətində uğurlar diləyib.
Daha sonra Alyansın sədri Elmar Məmmədov çıxış edərək bəstəkar Sevinc xanıma şəxsi həyatında və fəaliyyətində uğurlar arzulayıb.
Sevinc Tofiqqızı sənətinə göstərilən böyük diqqət və qayğıya görə, Elmar Məmmədov təşəkkürünü bildirib.