20 Sentyabr 2024 04:48

Bu yolda sürət həddi aşağı endirildi

Azadsöz.az xəbər verir ki, hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən  verilən məlumata görə, bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com