27 İyul 2024 06:30

Göyçayda “2 fevral – Gənclər günü” münasibətilə “Gəncliyin bir günü” mövzusunda bayram tədbiri keçirilib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin, Göyçay rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənclər  Evində  “2 fevral – Gənclər günü” münasibətilə “Gəncliyin bir günü” mövzusunda bayram tədbiri keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Zivər Zeynalova,İcra aparatının məsul şəxsləri, Göyçay rayon Gənclər və İdman İdarəsinin, Gənclər  Evinin kollektivi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Coşqun İsmayılov, rayon Mədəniyyət Mərkəzinin  əməkdaşları, məktəblilər, qazilər, Azadsöz.az saytının, AzadSözAz TV-nin əməkdaşları və  rayon gəncləri iştirak  ediblər.

Əvvəlcə tədbir  iştirakçıları ümummilli lider Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət  edib, abidə önünə gül-çiçək dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Gənclər  Evinin foyesində gənclərin əl işlərindən ibarət sərgi nümayiş edilib. 

Bayram  tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə  başlayıb.

Zivər Zeynalova  bu əlamətdar tarixi gün münasibətilə  gəncləri təbrik edib. Azərbaycanda dövlət gənclər siyasətinin formalaşmasında ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək, onu inkişaf etdirəcək bir nəslin yetişməsinə çalışdığını vurğulayıb. Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi elan edildiyini  diqqətə  çatdırıb. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılmasını qeyd  edib.

Daha sonra  gənc könüllər arasında intellektual bilik yarışı keçirilib, qalib komandalar müəyyən edilərək mükafatlandırlıb.

Sonra  Mədəniyyət Mərkəzinin  əməkdaşlarının, balaca fidanların  ifasında  musiqi parçaları və  rəqs nömrələri təqdim olunub.

Sonda rayonun ictimai-siyasi həyatında yaradıcılığı və yüksək fəallığı ilə seçilən bir qrup gəncə  rayon İcra Hakimiyyətinin  diplomları təqdim edilib.