18 Oktyabr 2024 10:44

Ana həbsdə olan oğlu üçün mandarinin içərisində narkotik keçirmək istədi

Azadsöz.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən  verilən məlumata görə, həbs edilmiş şəxs Fərid Arzuman oğlu Məmmədova anası Süsən Fəxrəddin qızı Abbasova tərəfindən gətirilmiş sovqatdakı iki ədəd mandarinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,461 qram marixuana və 1,268 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

grandpashabet alefbahis istanbul travesti