08 Sentyabr 2024 05:08

Lerikdə yerləşən istirahət mərkəzində yanğın olub

Azadsöz.az xəbər verir ki, Lerik rayonu Sivəkəran kəndində yerləşən  “Təbəssüm” istirahət mərkəzində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, istirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 kvadratmetr olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 kvadratmetr olan 3 ədəd kottecdən sahəsi 34 kvadratmetr olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb. 

Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.