16 Sentyabr 2024 22:49

Bərdədə yaşayış binasında sayğac və elektrik kabeli yanıb

Azadsöz.az xəbər verir ki, Bərdə rayonunun Alaçadırlı kəndində üçmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 4 ədəd sayğac və 10 p.m elektrik kabeli yanıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.