16 Sentyabr 2024 22:59

Neftçala sakininin üzərində silah-sursat aşkarlandı

Azadsöz.az xəbər verir ki, Sumqayıtda Neftçala rayon sakininin üzərində silah-sursat aşkarlanıb.

Polis əməkdaşları 1983-cü il təvəllüdlü Məmmədov Anar Məmmədağa oğlunun üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq və 27 ədəd 7.62 gülləsi aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.