16 Sentyabr 2024 23:01

Ağdaşda avtomobil aşıb-Ölən Var

Azadsöz.az xəbər verir ki, Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində Aydın İsmayılovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü Laləzar İsgəndər qızı Əzizova  aldığı xəsarətlərdən vəfat edib.

Araşdırma aparılır.