23 Noyabr 2024 15:24

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işçilərinin əməkhaqları artırıldı

Azadsöz.az xəbər verir ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.

Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin aylıq əməyin ödənişi fondunun məbləği 10080 manatdan 31 466 manata qaldırılıb.

Sıra

№-si

Vəzifələrin adı Əməkhaqlarının məbləği
aylıq vəzifə maaşı

(manatla)

mükafat (manatla)
1. Direktor 2100 İl ərzində 2 (iki) aylıq vəzifə maaşı həcmində
2. Direktor müavini 1850
3. Şöbə müdiri 1500
4. Baş mütəxəssis, baş mühasib 1300
5. Aparıcı mütəxəssis 1150
6. Mütəxəssis 1000

Bu qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul