Azadsöz.az xəbər verir ki, “Demokratik.az” saytının redaktoru Osman Nərimanoğlu (Rzayev) 6,5 il müddətinə azadlıqdan məhrum edilib.
Jurnalistlə bağlı hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan edilib.
Prosesdə dövlət ittihamçısı rüşvət tələb etməkdə ittiham olunan Osman Rzayevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi isə məhkəmədən Rzayevə bəraət verilməsini xahiş edib. Ancaq məhkəmə jurnalisti ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bilib.
Xatırladaq ki, Osman Nərimanoğlu 2022-ci ilin iyulunda saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.