Azadsöz.az xəbər verir ki, 1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 504 uşaq övladlığa verilib. Onlardan 141 nəfəri ötən il övladlığa verilən uşaqlardır.
Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında çıxışı zamanı deyib.
“Paralel olaraq “Himayədar ailə” qayğı modeli çərçivəsində 5 uşaq himayədar ailələrə verilib. Sosial layihələr çərçivəsində 2023-cü il ərzində 21 şəhər və rayonda yaradılan günərzi qayğı mərkəzlərində 630 uşağa sosial xidmət göstərilib.
2023-cü ildə övladlığagötürmə ilə bağlı müraciət sayı 353, övladlığa verilmiş uşaq sayı isə 141 olub. Övladlığagötürmə ilə bağlı aparılan monitorinq sayı isə 1145 olub. Övladlığagötürülən uşaqlardan 91 nəfəri yaxın qohumu, 27 nəfəri ögey ata (ana) tərəfindən övladlığa götürülüb”, – deyə o bildirib.