20 Sentyabr 2024 02:25

Gəncədə şagird bıçaqlanaraq öldürüldü-FOTO

Azadsöz.az xəbər verir ki, bu gün Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi bıçaqla xəsarət yetirilərək öldürülüb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir.

Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin verdiyi məlumata əsasən, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

İdarədən  verilən məlumata görə, şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib.

“Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Baş vermiş hadisədən dərin təəssüf hissi keçiririk. Şagirdimizin vəfatından kədərləndiyimizi bildirir və ailəsinə dərin hüznlə başsağlığı veririk”, – qurumdan bildirilib.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com