21 Noyabr 2024 12:50

Azərbaycanın qaz ixracından hasilatı məlum olub

Azadsöz.az xəbər verir ki,  Azərbaycanın qaz ixracından hasilatı 2023-cü ilin yekunlarına görə 2022-ci ildəki 15 milyard dollarla müqayisədə 13,7 milyard dollar olub.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Beləliklə, Azərbaycanın təbii qaz ixracından hasilatı illik hesablamada 8,7 faiz azalıb.

Azərbaycandan təbii qaz ixracı 2023-cü ildə 2022-ci ildəki 18,96 milyard kubmetrlə müqayisədə 40,4 faiz artım nümayiş etdirərək 26,62 milyard kubmetrədək çatıb.

DGK-nin məlumatlarına görə, hesabat dövründə Azərbaycanın ümumi ixrac həcmində təbii qazın payı 2022-ci ildəki 39,29 faizlə müqayisədə artaraq 40,35 faiz olub.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb.

 

İstanbul trv istanbul travestileri