Azadsöz.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin yanvarın 26-da saat 10:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir və Zərdab rayonların sakinlərinin qəbulu tarixi yanvarın 22-nə dəyişdirilib.
Qəbulda Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir və Zərdab sakinlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.