Azadsöz.az xəbər verir ki, 2023-cü ildə ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,8% artaraq 78,05 milyard manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əhalinin adambaşına düşən nominal gəliri 7 686,9 manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 12,2% artıqdır.