Azadsöz.az xəbər verir ki, qaz ölçü qovşağında quraşdırılmış mövcud daraldıcı qurğunun sərfiyyata uyğun yenisi ilə əvəzlənməsi səbəbindən “Sərdarov BMZ” ölçü qovşağından 16.01.2024-cü il saat 11:00-dan 13:00-dək, həmçinin saat 11:00-dan etibarən Xəzər rayonunda yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonu üzrə M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsinin Ordubadi küçəsinin, I,II, III Mədən və Baksol yolu adlanan yaşayış ərazilərinin, Binəqədi şosesinin, eləcə də Xəzər rayonu üzrə Bolluq yaşayış ərazisinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.