20 Sentyabr 2024 05:01

“Prezident seçkiləri günü Mətbuat Şurasında qaynar xətt yaradılacaq”- Rəşad Məcid

“Mediamızın artıq seçki məsələlərində böyük təcrübəsi var”.

Azadsöz.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də bildirdiyi kimi, artıq yeni dövr başlayıb.

“Milli ideologiyaların yeni prinsipləri hazırlanmalıdır. Mətbuatımızın çiyninə də böyük yük düşür. Azərbaycan Prezidenti İlham Əliyev ötən gün jurnalistlərin əməyinə yüksək qiymət verdi. Buna görə təşəkkür edirik. Media əvvəlki illərdə olduğu kimi, xalqımızın tarixində əhəmiyyətli rol oynayacaq. MSK ilə Mətbuat Şurası arasında uzun illər əməkdaşlıq olub”, – deyə R.Məcid bildirib.

O bildirib ki, media xalqımızın tarixində əhəmiyyətli rol oynayacaq 7 fevral seçkilərində də böyük məsuliyyətlə iştirak edəcək:

“Sosial mediada hansısa namizədlərə qarşı kompromatların olacağı şəksizdir. Peşəkar media bu hallara öz mövqeyini bildirməlidir. Seçki günü Mətbuat Şurasında qaynar xəttin yaradılması, Mətbuat Şurası üzvlərinin müxtəlif məntəqələrdə müşahidələr aparması bu seçkilərdə də davam etdiriləcək. 7 fevral da bir müddət sonra xalqımızın ən gözəl bayramlarından biri olacaq. Bütün dünya görsün ki, Azərbaycan xalqı seçki prosesinə biganə deyil. Buna görə də Azərbaycan mediası ən öndə getməlidir”.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com