Bu barədə “Henley & Partners” beynəlxalq konsaltinq şirkəti məlumat verib.
Bu ölkələrin sakinləri təhlil edilən 227 ölkə və bölgədən 194-nə vizasız giriş imkanına malikdir. İkinci yerdə 193 istiqamətdə vizasız giriş imkanı olan Finlandiya, Cənubi Koreya və İsveç qərarlaşıb.
Ən güclü pasporta malik ölkələrin ilk üçlüyünə həmçinin Avstriya, Danimarka, İrlandiya və Niderland da daxil edilib.