Onlardan 11-i KTM-in tabeliyindəki Ə. F. Qarayev adına 2 saylı klinik uşaq xəstəxanasına yerləşdirilib.
Xəstəxananın Patologiya şöbəsinin müdiri Ramin Mahmudov jurnalistlərə açıqlamasında bildirib ki, həmin körpələrdən 5-i oğlan, 6-sı qızdır:
“Körpələr xəstəxanaya daxil olduqlarında vəziyyətləri stabil olub. Onlara bütün lazımi yardımlar göstərilir. Körpələrin vəziyyəti stabildir. Hansısa patologiya görülmür”.
Şöbə müdiri qeyd edib ki, körpələrdən 10-u erkən doğulmuşlardır.
Həkim, həmçinin qeyd edib ki, körpələrdən 2-si hazırda küvəzdə, digərləri isə palatadadır:
“Körpələrin xəstəxanadan evə buraxılması məsələsinə gəlincə isə, bu barədə indidən nəsə demək tezdir. Lazımi müayinə və dəyərləndirmədən sonra bununla bağlı qərar veriləcək. Ümumilikdə körpələrin nəfəsalması ilə bağlı hazırda problem yoxdur”.
Kliniki Tibbi Mərkəzin uzman həkimi, Ginekologiya və Doğum şöbəsinin müdiri Şəhla Abdullayeva isə deyib ki, Perinatal Mərkəzdəki yanğın hadisəsindən sonra Kliniki Tibbi Mərkəzə 15 yeni doğulmuş körpə daxil olub və onlardan 8-i reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsinə başlanılıb.
Həkim bildirib ki, uşaqlardan 6-sı tənəffüs aparatına qoşulub, onlardan üçünün vəziyyəti ağır-stabildir.
O qeyd edib ki, mərkəzə gətirilmiş uşaqlar 27 dekabr – 8 yanvar aralığında doğulanlardır.