20 Sentyabr 2024 06:51

Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlax və Göyçay rayonları üzrə işə qəbul müsabiqəsi elan edir

Azadsöz.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi strukturuna daxil olan Maliyyə-iqtisadiyyat sektorunun nəzdində fəaliyyət göstərən Yevlax və Göyçay rayonları üzrə Mərkəzləşdirilmiş mühasibatlığında vakant olan mühasib/aparıcı mühasib vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir. Müsabiqə 3 mərhələdən (sənəd qəbulu və yoxlanılması, test imtahanı və müsahibə) ibarətdir.

Vəzifənin tutulma tələbləri:
– Əmək stajına tələb qoyulmadan müvafiq sahə üzrə orta və ali ixtisas təhsilli;
– Tam orta təhsilli və müvafiq proqram əsasında xüsusi hazırlıq sertifikatı olan, eyni zamanda müvafiq iş üzrə 3 ildən az olmayaraq əmək stajı
Müsabiqədə iştirak etmək istəyən şəxslər 09 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixindək aşağıdakı tələb olunan sənədləri Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati binasına (ünvan: Yevlax şəhəri H.Əliyev prospekti 95) təqdim etməlidirlər:
– Şəxsiyyəti təsdiq edən sənədin surəti;
– Müvafiq təhsil haqqında sənədin (diplomun) və əlavənin surəti;
– Müvafiq proqram əsasında xüsusi hazırlığı təsdiq edən sənədin surəti;
– Əmək kitabçasının surəti (olduğu halda).

Əmək haqqı:
Mühasib – 559 Azn
Aparıcı mühasib – 566 Azn

Qeyd edək ki, müsabiqədə uğur qazanıb ehtiyat kadrlar siyahısına daxil edilən namizədlər gələcəkdə müvafiq vəzifə üzrə vakant yer yarandığı halda həmin vəzifəyə işə qəbul olunması nəzərə alınacaqdır.

Tələblər: https://ref.az/9yVCGH

Müsabiqə proqramı: https://ref.az/2GNm7yY
kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com