20 Sentyabr 2024 04:52

Emin Əmrullayev Göyçayda vətəndaşları qəbul edəcək-TARİX

Azadsöz.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 26-da  saat 10:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində  Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir və Zərdab  rayonlarından olan vətəndaşları qəbul edəcək.

Göyçayın və  qeyd olunan  rayonların sakinləri yanvarın 17-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com